Modern.az

Hakimlərimiz UEFA-nın oyunlarına təyinat aldı

Hakimlərimiz UEFA-nın oyunlarına təyinat aldı

Aktual

10 Oktyabr 2022, 17:08

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçiriləcək qrup mərhələsinin IV tur matçında hakimlərin işinə qiymət verəcək.

 

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov isə eyni turda keçiriləcək “Styaua” (Rumıniya) – “Silkeborq” (Danimarka) görüşündə UEFA nümayəndəsi olacaq.

 

Qarşılaşmaların hər ikisi oktyabrın 13-də oynanılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?