Modern.az

Ərzaq təminatında problem olmayacaq - Baş nazir

Ərzaq təminatında problem olmayacaq - Baş nazir

Aktual

9 Dekabr 2022, 12:04

“Dünyada yaşanan qlobal ərzaq problemlərinə baxmayaraq, Azərbaycanda ərzaqla bağlı hər hansı problem mövcud deyil”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

“Dünyada ərzaq böhranı hər kəsə məlumdur. Amma ölkədə ərzaq təminatı ilə bağlı problem yoxdur və olmayacaq. Bunun üçün dövlət tərəfindən müəyyən proqramlar hazırlanıb”.

 

Baş nazir qeyd edib ki, ərzaq qiymətinin artımının qarşısını almaq üçün zəruri işlər görülür və görüləcək.

 

“Bunun üçün əhalinin real gəliri, alıcılıq qabiliyyəti nəzərə alınır”, - baş nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir