Modern.az

Arayik istefa verir? – Paşinyanla gizli görüşün detalları

Arayik istefa verir? – Paşinyanla gizli görüşün detalları

Aktual

11 Mart 2023, 18:40

Bir neçə gün əvvəl separatçıların "rəhbəri" Arayik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

 

Nəşr yazır ki, görüş çox gərgin keçib. Paşinyan Qarabağdakı ermənilərin Azərbaycanla dil tapmalı olduğunu, əks halda müharibə baş verəcəyini deyib.

 

Məlumatda qeyd olunub ki, Arayik Arutyunyan pis əhval-ruhiyyə ilə Xankəndiyə qayıdıb və artıq "vəzifəsində" qalmaq istəmədiyini deyib. Nəşrin mənbələri onun tezliklə istefa verə biləcəyini düşünür.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi