Modern.az

Sabirabadda qoyun oğruları TUTULDU

Sabirabadda qoyun oğruları TUTULDU

Aktual

25 İyul 2023, 08:57

Sabiradba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən 4 nəfər də saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla onların həmin kənd sakini Şəfahət Əliyev, İmişli rayon sakinləri Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib.

 

Həmin şəxslərin ətrafında aparılan araşdırmalar zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.

 

Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi