Modern.az

Şəhid Zahid Abbasov doğulduğu kənddə dəfn olundu

Şəhid Zahid Abbasov doğulduğu kənddə dəfn olundu

22 May 2024, 15:00

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

 

Modern.az xəbər verir ki, şəhidin nəşi rayonun Laman kəndində ailəsinə təhvil verilib.

 

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

 

Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1967-ci il iyunun 1-də anadan olub. O, 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.

 

Z.Abbasov Laman kənd qəbiristanlığında dəfn olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri