Modern.az

Almaniyadan gələn jurnalist sərbəst buraxıldı

Almaniyadan gələn jurnalist sərbəst buraxıldı

Aktual

15 İyun 2024, 19:52

2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, barəsində cinayət işi başlanılaraq həbsli axtarışa verilmiş jurnalist bu gün məhkəməyə çıxarılıb.

 

Şirin Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanılıb, həbsli axtarışa verilib.

 

Bu səbəbdən o, ötən gün ölkəyə qayıdan kimi hava limanında saxlanılıb.

 

Bu gün prokurorluq Şirin Abbasov barəsindəki həbs qətimkan tədbirinin ləğv edilərək, sərbəst buraxılması ilə bağlı məhkəməyə təqdimat verib.

 

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

 

Jurnalist məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsindəki cinayət işi isə davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
MİNA PARTLADI-2 hərbçimiz həlak oldu