Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.
Modern.az xəbər verir ki, Azərbaycan dili (dövlət dili kimi) imtahanında 5-10 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.