Modern.az

Azərbaycan elminə ağır itki

Azərbaycan elminə ağır itki

Allah rəhmət eləsi̇n

15 İyul 2024, 20:40

Azərbaycan elminə ağır itki üz verib.

 

Modern.az xəbər verir ki, tanınmış alim, fizik professor Rafiq Əlövsət oğlu Abdullayev qəflətən vəfat edib.

 

Rafiq Abdullayev görkəmli dilşünas alim, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı professor Əlövsət Abdullayevin ailəsində intizamlı, çalışqan, geniş diapazona malik, mənəviyyatlı bir gənc kimi yetişib. Bakının öz görkəmli məzunları ilə məşhur olan 7 nömrəli orta məktəbini Qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, təhsil göstəriciləri yüksək olan istedadlı və perspektivli gənc kimi ikinci kursdan o zamankı Leninqrad Dövlət Universitetinin fizika fakültəsinə göndərilib.

 

Universiteti bitirdikdən sonra Kiyev Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş və apardığı tədqiqat işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

 

Müdafiədən sonra o, bir müddət Azərbaycan Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunda baş elmi işçi vəzifələrində çalışıb, daha sonra dövlətin dəstəklədiyi beynəlxalq elmi əməkdaşlıq proqramı çərçivəsində 4 il Madaqasqar Milli Universitetinin fizika fakültəsində fransız dilində mühazirə kursları oxumuş, seminar məşğələləri aparıb.

 

Müstəqillik illərində o, əvvəlcə Bakı Dövlət Universitetində, sonralarsa qardaş Türkiyənin müxtəlif universitetlərində professor, dekan, prorektor vəzifəsində çalışıb. Çoxsaylı elmi əsərlərin müəllifidir.

 

Allah rəhmət eləsin!

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-