Modern.az

Ermənistan Rusiyanı Avropanın əli ilə vurur - ŞƏRH

Ermənistan Rusiyanı Avropanın əli ilə vurur - ŞƏRH

24 Fevral 2023, 08:46

Avropa İttifaqı missiyasının Ermənistana yerləşdirilməsi İrəvanın Rusiyaya qarşı həmləsi kimi qiymətləndirilir. Bəzi ekspertlərin fikrincə, missiyanın Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi Rusiyanın regiondan təcrid olunmasına, İrəvana təsir rıçaqlarının kəsilməsinə hesablanıb. 

 

Bəs reallıq nədən xəbər verir? Paşinyan hakimiyyəti Aİ missiyasını regiona dəvət etməklə Moskvaya hansı mesajları verdi? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Tofiq Abbasov hesab edir ki, Avropa İttifaqı müşahidəçilərinin Cənubi Qafqazda yerləşdirilməsinin əsas səbəbi Ermənistanın geosiyasi bazasını doldurmaqdır.

 

O fikirərini belə əsaslandırıb: "Həqiqətən də Ermənistan dövləti diplomatiya baxımından çox zəifdir. Müşahidəçilərin Ermənistana gəlməsi bir növ Rusiyaya göz dağıdır. Həmçinin, ermənilər Azərbaycana qarşı hərbi təxribatlar törətməklə Rusiyanın bölgədə sabitliyi təmin edə bilmədiyini göstərmək istəyir. Yəni Paşinyan və komandası Türkiyə və Rusiyanın sülhü qorumadığını sübut etməyə çalışır".

 

 

T.Abbasov vurğulayıb ki, Ermənistan danışıqlar masasında Avropa İttifaqını yanına çəkmək istəyir:

 

"Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, danışıqlar masasında uğur əldə edə bilməyəcək. Ona görə də bu cür yollara əl atır və göstərmək istəyir ki, bizim arxamızda müəyyən güclər var. Ermənistanın ən böyük bəhanəsi odur ki, guya Azərbaycanın arxasında Türkiyə ilə Rusiya durur və buna görə də onları sıxışdırır. Əslində ölkəmiz öz gücü hesabına bütün nəticələri əldə edib. Doğrudur, Türkiyənin bizə çox dəstəyi oldu, ancaq sonda bütün nailiyyətləri Azərbaycan tək başına qazandı.

 

Ümumiyyətlə, Ermənistan beynəlxalq aləmdə qəbul olunan doğrulara qara yaxmağa çalışır. Bütün bu qeyd olunanalardan belə bir nəticə çıxır ki, Ermənistan dövlət deyil, sadəcə xəritədə konturları müəyyən olunan ərazidir. Paşinyan və komandası bu proseslərdən qazanclı çıxmaq istəyir. Ancaq onlar bilməlidir ki, atdıqları addım yalnız özlərinin ziyanınadır. Azərbaycan onlardan fərqli olaraq hər zaman konkret təkliflərlə çıxış edir. Ermənistan isə sülh üçün heç bir addım atmadan təkliflərə yalnız inkar cavab verir".

 

Rahib Ələsgərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir