Arxiv
28 İyul 2010, 15:51 |
Azərbaycan təbiətinin möcüsəsi

Təbiətin yaratdığı möcüzələrdən danışanda füsünkar və cəlbedici gözəlliyi ilə göz oxşayan şəlalələrdən bəhs etməmək olmur. Dünyada məşhur şəlalər çoxdur: Anhel, Niaqara, Viktoryiya və s...

Təbiət Azərbaycana da bu cür gözəlliklər bəxş edib. Unikal coğrafi əraziyə malik respublikamızın dağlıq bölgələrində bir-birinin təkarı olmayan şəlalələr mövcuddur.

 

Böyük Qafqazın ən əzəmətli dağlarından biri-Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Çünki qış mövsümündə bu şəlalalər donaraq nəhəng şaquli buz parçalarına çevrilir. Dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən belə donmuş şəlalələrdən qışda idmanın buza dırmanma növünü həyata keçirmək üçün istifadə olunur. Alpinistlər və dağ turistləri nəhəng buz sütunlarına çıxmaq, dağların sərt təbiəti ilə təmasda olmaq üçün buraya gəlirlər. Cənubi Qafqaz ölkələri arasına buz dırmaşmaları yarışları hələ ki, təkcə Azərbaycanda keçirilir. Bu, bizim ölkədə idmanın yeganə qış növüdür. Martın əvvəlində yaz günəşinin şüaları altında buz kaskadları əriyərək yenidən suya dönür. Qeyd edək ki, Rusiyada, Mərkəzi Avropa və Şimali Amerika ölkələrində də buz dırmaşmaları idman növü çox məşhurdur. Hətta hər il idmanın bu növü üzrə Dünya kuboku yarışları, hər iki ildən bir isə Dünya çempionatı keçirilir.

Azərbaycandakı ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvəliçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə ölkəmizin təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir. Qusarın dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir ki, təbiətin bu füsunkar gözəllyi turistləri və qafqazın yabanı təbiətinin həvəskarlarını buraya cəlb edir. Ümumiyyətlə Qusar rayonu ərazisindəki şəlalələr son illərdə qış fəslində buzlu dağlara dırmanmağı xoşlayan idmançıların yarış yerinə çevrilib. Qusarın Laza kəndindən Qubanın Xınalıq kəndinə olan məsafə boyunca qayalıqlardan müxtəlif ölçülü (hündurluyu 150 m-ə qədər) şəlalələr axır.

Yardımlı rayonunun Peştəsər və Ostayır kəndinindəki göz oxşayan şəlalələr də təkcə yerli sakinlərin deyil, qonaqların və turistlərin diqqətindən yayınmır. Bu rayonnun ərazisindəki Təkdam şəlaləsinin yerləşdiyi zona bölgəyə istirahətə gələnlərin daha çox üz tutduğu məkandır.

Ölduqca gözəl təbiətə malik İsmayıllı rayonu ərazisində şəlalər çoxdur. Hündürlüğü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündurükdən axan İstisu və Mədrəsə şəlalələrini misal göstərmək olar. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaradıb. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub minarə forması almış fiqurdur.

Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar.

Kilsəçayın Katexçaya qarışdığı yerdə, suları 20 metr hündürlükdən qulaqbatırıcı gurultu ilə dar qayalıq dərəyə tökülən, çox əzəmətli, gözəl və kifayət qədər güclü şəlalə yaranıb. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlaləsi deyilir. Ümumiyyətlə Zaqatala Dövlət Qoruğunun ərazisində 10 yaxın şəlalə var.

Azərbaycanın İsveçrəsi adlandırılan, dağ çayları, vadilər, qalın meşələr, qaynar çeşmələr, sərt qayalıqlara malik Oğuz rayonunda da çoxlu şəlalələr var. Rayondakı ən hündür şəlalə 22 metrlik hündürlükdən axır. Oğuz-Qəbələ yolunun kənarında yerləşən «Yeddi Gözəl» şəlaləsi də təbiətə yaraşıq verən mənzərədir.

Qax rayonundakı İlisu şəlaləsi isə tamam başaq bir aləmdir. Ona çatmaq üçün ən azı 40 dəqiqəlik yolu piyada qət etməlisən. Şəlalənin hündürlüyü təxminən 25 metrdir. 

Hazırladı: Adəm Qorxmaz

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan ləğv olunan qadağaları açıqladı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36