Modern.az

Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

Aktual

17 İyun 2016, 15:13

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırımsərəncam imzalayıb.

Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının həyat yoldaşı, yəni kürəkənidir.

 

O, həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib.

 

Xatırladaq ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin birinci müavini Abid Şərifovdur.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı