Modern.az

Su və Meliorasiya İnstitutunda maaşlar təsdiqləndi, 435 ştat ayrıldı

Su və Meliorasiya İnstitutunda maaşlar təsdiqləndi, 435 ştat ayrıldı

Ölkə

Bu gün, 16:29

 

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.

Modern.az xəbər verir ki, qərara əsasən, İnstitutun strukturuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun aparatı (şöbələr və sektorlar), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Laboratoriya və Təcrübə Mərkəzi” daxildir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.

Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)

 

Sıra

№-si

 

 

Vəzifələrin adı

 

Aylıq vəzifə maaşı (manatla)

1.

Direktor

6000

2.

Direktor müavini, direktor müavini-baş mühəndis

5000

3.

Mərkəz müdiri

4200

4.

Şöbə müdiri

4000

5.

Mərkəz müdirinin müavini

3400

6.

Şöbə müdirinin müavini

3300

7.

Sahə rəisi

2900

8.

Sektor müdiri, sektor müdiri-baş mühasib

2700

9.

Direktorun köməkçisi

2600

10.

Elmi katib

2300

11.

Baş məsləhətçi, baş elmi işçi

2100

12.

Baş aqronom, baş mexanik

2000

13.

Aparıcı məsləhətçi, aparici iqtisadçı, aparici elmi işçi

1800

14.

Böyük mühəndis, böyük məsləhətçi, böyük elmi işçi

1600

15.

Mühəndis, məsləhətçi, elmi işçi, texnoloq-analtik

1400

16.

Kiçik elmi işçi, böyük laborant

1200

17.

Anbar təsərrüfatının rəhbəri

910

18.

Anbardar

890

19.

Laborant, kompüter operatoru, dispetçer

700

20.

Elektrik, sürücü

600

21.

Texniki işçi (qazanxana operatoru, fəhlə, xadimə, bağban, gözətçi)

500

Qeyd. İnstitutun işçilərinin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına verilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan