Bu gündən iyunun 19-dək Azərbaycanda keçirilən “Formula-1” yarışları çərçivəsində ölkəmizə səfər edən idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara yarış zamanı tibbi xidmətlərin vaxtında göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə tədbirlər görülüb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Formula-1” yarışlarında iştirak üçün ölkəmizə gələn idmançılara ambulator yardımın göstərilməsi üçün yaradılan tibb məntəqəsi, habelə idmançı və gələn qonaqlar üçün ehtiyac olduğu halda ayrılan tibb müəssisələri, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.
İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz edilmiş təcili tibbi yardım maşınları yarış ərazisində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcəklər.
Ağa AKİFOĞLU