Modern.az

"Formula 1" sərbəst yürüşlərinin ikinci sessiyası başladı

"Formula 1" sərbəst yürüşlərinin ikinci sessiyası başladı

Aktual

17 İyun 2016, 17:21

İyunun 17-də Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başlayıb.

 

Modern.az-ın məlumatına görə, sərbəst yürüşlərdə 11 komandadan 22 pilot təmsil olunub.

 

Pilotlar saat 17:00-da trasa çıxıb. İkinci sərbəst yürüş 1.5 saat davam edəcək.

 

Hazırda ən yaxşı göstərici "Scuderia Toro Rosso" komandasının pilotu Karlos Sayntsa məxsusdur.

 

Sabah Qran Prinin sərbəst və sıralama yürüşü keçiriləcək.

 

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

 

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

 

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq.

 

Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı