Modern.az

Çexiya Xorvatiyadan bir xal ala bildi

Çexiya Xorvatiyadan bir xal ala bildi

Aktual

17 İyun 2016, 21:59

Futbol üzrə Avropa çempionatı çərçivəsində "D" qrupunda növbəti turun oyunu keçirilib. Modern.az saytı xəbər verir ki, bu dəfə yaşıl meydanda Xorvatiya Çexiya yığmaları üz-üzə gılib. Xorvatların üstünlüyü şəraitində keçən oyunda hesab 37-ci dəqiqədə açılıb. İvan Perisicin vurduğu qolla komandası qələbəyə ümidlənib. Matçın 59-cu dəqiqəsində Xorvatiya hesabı 2:0-a çatdırıb. Bu dəfə İvan Rakitiç fərqlənib.

Lakin Çexiya millisi bu hesabla barışmayıb. Oyunun 76-cı dəqiqəsində Milan Skoda vurduğu qolla hesab arasındakı fərqi 1 topa endirib. Matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə isə Tomas Necidin penaldan vurduğu qol ilə oyunda bərabərlik yaradıblar.  Beləliklə, komandaların hər ikisi meydanı 1 xalla tərk edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı