Modern.az

İtkin düşən Salyan sakini Bakıda tapılıb

İtkin düşən Salyan sakini Bakıda tapılıb

Aktual

17 İyun 2016, 23:18

Bakıda itkin düşmüş Salyan sakini tapılıb. Modern.az sayı xəbər verir ki, iyunun 4-də evdən çıxaraq bacısına Bakıya getdiyini deyən 50 yaşlı Salyan şəhər sakini, 2-ci qrup əlil, ruhi xəstəliyi olan Xudaverdiyev Əbülfəz Qabil oğlu bu gün tapılıb.

 

Onun bacısı Ədibənin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, qardaşı bu gün evlərinə zəng vuraraq Bakı şəhərində olduğunu və sabah evə qayıdacağını deyib.

 

Xəstə olduğu üçün nitq qusuru olan Əbülfəz bacısına bildirib ki, o, ötən müddət ərzində Xətai rayonundakı müvəqqəti sığınacaqda məcburi olaraq yerləşdirilibmiş.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı