Modern.az

Xaçmazda minik maşını kanala düşüb: 4 itkin

Xaçmazda minik maşını kanala düşüb: 4 itkin

Aktual

17 İyun 2016, 23:58

Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, ərazidən keçən minik maşını idarəetməni itirərək Xan arxına düşüb.

 

Avtomobildə 4 nəfər olub. Onların hamısının Gödəkli kənd sakinləri olduqları bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional İdarəsinin dalğıc- xilasediciləri kanalda itkin düşənlərin axtarışlarını davam etdirirlər. Axtarış işlərini asanlaşdırmaq məqsədi ilə kanalda suyun həcmi azaldılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı