Bu gün Bakıda "Formula-1" Avropa Qran Prisinin ikinci günü başlayır.
Modern.az-ın məlumatına görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Qran-prinin birinci günündə "Formula-1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub.
İyunun 18-də "Formula-1" üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran Prisi yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.
Ağa AKİFOĞLU