Almaniya Federatif Respublikasının kansleri Angela Merkel yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. Modern.az xarici mediaya istinadən bildirir ki, Almaniya hökumətindəki mənbənin məlumatına görə, görüş Şərqi Ukraynadakı situasiyanın sülh yolu ilə nizamlanmasını müzakirə etmək üçün nəzərdə tutulur.
Məlumatda qeyd edilir ki, Merkellə Putinin görüşü üçün ideal müddət NATO-nun iyulun 8-9-da nəzərdə tutulan sammitinə qədər ola bilər.
NATO-nun sammiti iyulun 8-9-da Polşanın paytaxtı Varşavada keçiriləcək. Şimali Atlantika blokunun sammiti çərçivəsində NATO-Ukrayna komissiyasının iclası da nəzərdə tutulur.
Modern.az