Modern.az

Azərbaycan polisi bu meyitin kimliyini axtarır - FOTO

Azərbaycan polisi bu meyitin kimliyini axtarır - FOTO

Aktual

20 İyun 2016, 11:12

19.06.2016-cı il tarixdə səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan  25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib.


Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, meyitin xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyyəsində cərrahiyyə əməliyyatının izləri var.


Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02-21, (055) 221-52-48 və (050) 366-66-62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı