"Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə Çərçivə müqaviləsinin üzərində iş üçün şərait yaradacaq".
Modern.az xəbər verir ki, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.
Xatırladaq ki, iyunun 20-də Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri də iştirak edəcək.
Ağa AKİFOĞLU