Modern.az

Prezidentlərin GÖRÜŞÜ: “Putin seçim etməli olacaq”

Prezidentlərin GÖRÜŞÜ: “Putin seçim etməli olacaq”

Aktual

20 İyun 2016, 13:15

Bu gün Moskvada Azərbaycan Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü baş tutacaq.

 

Modern.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti görüş öncəsi ölkə politoloqlarının görüşlə bağlı proqnozlarını soruşub.

                        

Münaqişənin həlli ilə bağlı fundamental məsələlərdə fərqli mövqe sərgiləyən və bir-biri ilə amansız söz savaşına çıxan Bakı və Yerevanın Sankt-Peterburq görüşündəki sülh perspektivini ilkin olaraq rusiyalı ekspertlər dəyərləndirib.

 

“Rusiyanın maraqları münaqişəsinin dondurulmasına yönəlib. Bu siyasətin mərkəzində Bakı və Yerevan arasında həlledici seçim etməmək siyasəti durur” – deyə Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Sergey Markedonov deyib. Onun fikrincə, proqres tez əldə oluna bilməz çünki nə Ermənistan, nə də Azərbaycanın kompromis əldə etməyə iradəsi yoxdur.

 

Paris Strateji və Diplomatik Təhqiqatlar Mərkəzinin müxbir üzvü Aydın Mehdiyev isə Sankt-Peterburq danışıqlarından nəticə gözləmədiyini deyib.

 

“Yüksək səviyyədə keçirilən görüş diplomatik qrupların fəaliyyətinin kulminasiya nöqtəsi olmalıdır. Nəzərə alsaq ki, heç bir işçi görüş olmayıb, onda ciddi irəliləyiş gözləməyə dəyməz”.

 

Ermənistanlı politoloq Sergey Minasyan da azərbaycanlı həmkarı ilə razıdır.

 

“Vyana və Peterburq görtüşlərini ayıran 1 ayda qarşılıqlı etimadı möhkəmləndirəcək mexanizm formalaşmalı idi. Lakin bu hədəf yerinə yetirilmədi. Ona görə Peterburq görüşündən realist gözlənti simvolik əhəmiyyət daşıyacaq və yalnızca aprel döyüşlərinin bir daha təkrarlanmayacağını göstərən ümid qığılcımı olacaq”.

 

Eksertlərin fikrincə, regionun tammiqyaslı hərbi əməliyyatlara doğru irəliləməsi prezident Putini danışıqlara aktiv qoşulmağa vadar edib.

 

“Aktiv hərbi əməliyyatların başlanacağı təqdirdə Moskva indiki kimi tərəflər arasında balansı saxlaya bilməyəcək. O, seçim etməli olacaq. Neytrallığın saxlanılması belə Yerevan tərəfindən müttəfiqlik öhdəliklərinin yerinə yetirilməməsi kimi anlaşılacaq. Bu situasiyada Rusiya bütün xarici oyunçular arasında ən çox uduzan tərəf olacaq. Prezident Putin qabaqlayıcı tədbirlərlə bunu önləmək istəyir”-deyə Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov deyib.

 

Rusiya Elmlər Akademiyasının profressoru Aleksandr Dınkin isə Peterburq görüşündə Qarabağ münaqişəsinin “yol xəritəsi”nin müzakirə olunacağını deyib.

 

“Əgər Vladimir Putin üçtərəfli sammitdə öz siyasi kapitalını qoyubsa, deməli o heç bir uğursuzluğa dözən deyil”.

 

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı