Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Madridin “Real” klubu ilə müqaviləsini uzadıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 31 yaşlı futbolçunun yeni razılaşması 2020-ci ilə qədər nəzərdə tutulur.
Onun əvvəlki müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatacaqdı. Ronaldu “Kral klubu”nda ildə 21 milyon avro alacaq. Müqavilənin uzadılması Avropa çempionatı başa çatanda sonra rəsmən elan ediləcək. Ronaldunun karyerasını elə “Real”da başa vuracağı gözlənilir.
Modern.az