Modern.az

Timoşenkodan Savçenkoya sərt tənqid

Timoşenkodan Savçenkoya sərt tənqid

Aktual

23 İyun 2016, 19:14

Ali Radadakı “Batkivşina” fraksiyasının sədri Yuliya Timoşenko partiyasının üzvü olan və bir müddət öncə Rusiyanın həbsdən buraxdığı Nadejda Savçenkonun Ukrayna hakimiyyətinin qondarma Donetsk və Luqans “xalq respublikaları”nın rəhbərləri ilə birbaşa danışıq təşəbbüsünün əleyhinədir. Modern.az xarici mediaya istinadən bildirir ki, onun fikrincə, danışıqlar aparılması Ukraynanın aşağılanması deməkdir.

 

“Bu quldurların leqallaşdırılması ola bilər. Bu o deməkdir ki, heç vaxt hərbi münaqişə həll olunmayacaq. Ona görə ki, “oyuncaqlarla” və terrorçularla danışıqlar heç vaxt pozitiv nəticələrə gətirib çıxara bilməz”, - Timoşenko vurğulayıb.

 

Onun fikrincə, belə situasiyaların həlli ilə bağlı dünya təcrübəsindən istifadə edilməsi vacibdir. Bundan əlavə, “Batkivşina” lideri Donbasdakı münaqişəni terror əleyhinə əməliyyat yox, müharibə hesab edir.

 

Savçenko bir qədər əvvəl KİV-ə müsahibəsində yaraqlıların rəhbərləri ilə birbaşa danışıqların keçirilməsi təşəbbüsü ilə çıxış edib. Onun fikrincə, birbaşa danışıqlar Donbasdakı münaqişənin həlli yolu ola bilər.

 

                                                                  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı