Modern.az

Gürcüstanda azərbaycanlı qızıl qaçaqmalçılığına görə saxlanılıb

Gürcüstanda azərbaycanlı qızıl qaçaqmalçılığına görə saxlanılıb

Aktual

23 İyun 2016, 20:20

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gömrük Departamentinin Gəlirlər xidməti əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Ramin Nəbiyev saxlanılıb. Modern.az saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Ramin Nəbiyev Gürcüstan ərazisinə gömrük nəzarətindən gizli yolla böyük həcmdə qızıl əşyaların keçirilməsi faktı üzrə yaxalanıb.

 

İstintaq tərəfindən müəyyən edilib ki, ittiham edilən şəxs qaçaqmalçılıq yolu ilə qızıl külçələri və yüksək əyarlı zinət əşyaları qanunsuz keçirməyə çalışıb. Qızıl əşyaların ümumi dəyəri 55 min laridən ibarətdir.

 

R.Nəbiyevə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 214 maddəsi üzrə cinayət işi açılıb. Bu maddəyə əsasən, o, 5 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı