Modern.az

Qəbələdə yol tikintisinə 5,2 milyon manat ayrılıb

Qəbələdə yol tikintisinə 5,2 milyon manat ayrılıb

Aktual

24 İyun 2016, 20:58

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az saytı xəbər verir ki, sərəncamda qeyd olunur: Yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...