Modern.az

“ABŞ Fətullah Güləni öldürə bilər” - İDDİA

“ABŞ Fətullah Güləni öldürə bilər” - İDDİA

Aktual

1 Avqust 2016, 00:14

Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik ABŞ-ın Fətullah Güləni öldürə biləcəyini iddia edib. Modern.az saytı Avropa.info-ya istinadən xəbər verir ki, Çevik Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olduğunu da bildirib.

“ABŞ-ın özünü nə baş verdiyini anlamayan kimi” göstərdiyini deyən Çevik, dövlət çevrilişinə cəhdi zamanı çevrilişçilərin ələ keçirdikləri F 16 təyyarələrinin İncirlikdən qalxan tanker təyyarələr vasitəsilə yanacaq doldurduqlarını bildirib.

Bunun artıq Türkiyəyə səfərə gəlmiş ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Dunfordun da nəzərinə çatdırılacağını deyən Çevik, ABŞ-ın Fətullah Güləni dərhal ekstradisiya etməsini gözləmədiklərini də qeyd edib.

"ABŞ-da hamı bu işin içərisində deyil, amma bəziləri çevriliş cəhdinə dəstək veriblər. ABŞ-la Gülən arasındakı əlaqə biz düşündüyümüzdən də mürəkkəbdir. ABŞ bəlkə də Güləni öldürəcək, amma Türkiyəyə verməyəcək. Çünki ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir çox ölkələrə məhz Gülənin təşkilatının vasitəsi ilə sıza bilib", - deyə Çevik qeyd edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı