Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İrana işgüzar səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Xudatyan İranın neft nazirinin səlahiyyətlərini icra edən Həmid Bovardla görüşüb. Ermənistanlı nazir İranla uzun illərdir davam edən əməkdaşlığı, xüsusilə enerji və infrastruktur sahələrindəki tərəfdaşlığı yüksək qiymətləndirib.
Daha sonra Xudatyan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi ilə görüş keçirib.
Görüşdə ötən həftə İrəvanda keçirilmiş Ermənistan-İran Hökumətlərarası Komissiyasının iclasının uğurlu nəticələri qeyd olunub. Tərəflər həmin iclas çərçivəsində imzalanmış anlaşma memorandumunun həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
İranın vitse-prezidenti ilə görüş zamanı, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib.