Modern.az

İmişlidəki zəlzələ barədə AÇIQLAMA: “Allah üzümüzə baxdı”

İmişlidəki zəlzələ barədə AÇIQLAMA: “Allah üzümüzə baxdı”

Aktual

1 Avqust 2016, 10:22

 

“İmişlidə baş verən zəlzələnin ardından avtoşoklar davam edəcək”.

Bunu Modern.az saytına Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

 

O deyib ki, avtoşokların davam etməsi normal haldır:

 

“Zəlzələnin maqnitudası 5.6, dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

 

Sevindirici haldır ki, zəlzələnin dərinliyi çox olub. Dərinlik 7-8 kilometr olsa idi, dağıntıların miqyası geniş olardı. Allah üzümüzə baxıb”.

Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı