Rəsmi qurumlar Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda baş verən partlayışla bağlı məlumatı təsdiqləmir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına açıqlamasında onların araşdırmaları nəticəsində məlumatın təsdiqlənmədiyini deyib:
“Təcili yardımla, rayonla əlaqə saxladıq, belə bir hadisənin baş verməsini təsdiqləmədilər”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkoknik Kamran Əliyev də Modern.az-a açıqlamasında belə faktın qeydə alınmadığını bildirib:
“Bizə belə məlumat daxil olmayıb”.
Qeyd edək ki, KİV-lərdə yayılan məlumatda Bakı-Nabran marşrutu üzrə hərəkət edən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişinin ayaqlarından yanıq xəsarətləri aldığı bildirilib.
Gülşən RAUFQIZI