Modern.az

 “Silahlı Qüvvələrin dövlət çevrilişi etməməsi üçün güclü sistem quracağıq”

 “Silahlı Qüvvələrin dövlət çevrilişi etməməsi üçün güclü sistem quracağıq”

Aktual

1 Avqust 2016, 13:36

“Türkiyə Silahlı Qüvvələri (TSK) təkmilləşdirilcək və yenidən modernizə olunacaq”.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbər görə, bunu Türkiyə Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında hökumət sözçüsü Numan Kurtulmuş deyib.

 

O, bildirib ki, burada əsas məqsəd Türkiyə Silahlı Qüvvələrinin dövlət çevrilişi üçün istifadə edilməsinin qarşısını gələcəkdə ala bilməkdir:

"Türkiyədə dövlət çevrilişinə zəmin yaradan bir sistem var.

Ona görə də heç kimsənin Türkiyə Silahlı Qüvvələrinin içərisində dövlət çevrilişi etməyi ağlından belə keçirməməsi üçün güclü sistem quracağıq. Ordunun təkmilləşdirilməsi üçün hazırlıqlar başlayıb”.

 

Biz demokratik iradənin daha güclü olmasını istəyirik.  Ali Hərbi Şuranın mülkiləşməsi bu istiqamətdə atılmış addımdır.

 

Bu baxımdan  Türkiyə Silahlı Qüvvələrində islahatlar həyata keçirilməsi üçün Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) dəstək istəniləcək”-deyə Numan Kurtulmuş əlavə edib.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı