Modern.az

Amnistiya ilə azadlığa çıxanların sayı AÇIQLANDI

Amnistiya ilə azadlığa çıxanların sayı AÇIQLANDI

Aktual

1 Avqust 2016, 14:25

 

20 may 2016-cı il tarixli Amnistiya Qərarı Penitensiar xidmət üzrə 2800-ə yaxın məhkuma tətbiq edilib.

 

Modern.az saytı xəbər verir ki, bu haqda Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.

 

Məlumata görə, 2500-dən artıq məhkum cəzadan azad olunub və hal-hazırda Qərarın icrası davam etdirilir.

 

Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilib.

 

10 minə qədər məhkumu əhatə edən, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad edilməsini nəzərdə tutan qərarın icrası davam etdirilir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı