Modern.az

Yerevandakı aksiyalara görə 47 nəfər həbs olundu

Yerevandakı aksiyalara görə 47 nəfər həbs olundu

Aktual

1 Avqust 2016, 16:46

 

Yerevandakı aksiyalara görə 47 nəfər həbs olunub.

 

Modern.az-ın xəbəriə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan İrəvanda polis binasının tutulması ilə bağlı açılan cinayət işinə görə aparılan araşdırmalar zamanı 47 nəfər saxlanılıb.

 

“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”-deyə bildirilib.

 

Saxlanılan şəxslərdən 24-nə “Girov götürmə”, “Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması” və

“Qeyri-qanuni silah alma, saxlama, daşınma, üzərində odlu silahın gəzdirilməsi” maddələri üzrə ittihamlar irəli sürülüb. 

Xatırladaq ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı