Modern.az

Dənizdə batan 2 nəfər xilas edilib

 Dənizdə batan 2 nəfər xilas edilib

Aktual

1 Avqust 2016, 18:57

Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

 

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıbş və aidiyyati üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:50-də başa çatıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı