"Araz" zavodunun ətrafından 467 partlamamış hərbi sursat tapılıb". Modern.az saytı xəbər verir ki, bu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Şirvan şəhəri Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar zavod və ətraf ərazilərdə təmizləmə əməliyyatları aparılıb. Nəticədə 01 Avqust 2016-cı il tarixində 400 000 kv.m ərazi təmizlənmiş və 467 ədəd müxtəlif növ və çaplı partlamamış hərbi sursat aşkar olunmuş və zərərsizləşdiriməsi üçün götürülüb.
Modern.az