Modern.az

“Musavat” partiyasında yeni istefa dalğası başlandı

“Musavat” partiyasında yeni istefa dalğası başlandı

مورد توجه

2 Avqust 2016, 11:43

“Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov, yazar Elşad Paşasoy və bir sıra müsavatçılar  partiya sıralarından istefa verdiklərinə dair bəyanat yayıblar.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ələsgər Süleymanov yazdığı istefa bəyanatında bildirib:

“21 ildir Müsavat Partiyasının üzvüyəm. Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, "mən də istefa verə bilərəmmi?, bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübümü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?"

 

Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam.

Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Müsavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!”.

 

Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılının “Yeni Müsavat” qəzeti və baş redaktoru Rauf Arifoğlu barədə söylədiyi fikirlərdən sonra qəzetin əməkdaşları istefa qərarını veriblər.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı