Lənkəranda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə,bu gün Lənkəran rayonunun Qumbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli, 6 otaqlı evdə yanğın baş verib.
Yanğın nəticəsində evin 60 m2 sahəsi əşyaları ilə birlikdə yanaraq kül olub.
Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib.Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:37-də söndürülüb.
Mirmahmud KAZIMOĞLU