Modern.az

Xudat sakininin üzərindən narkotik vasitə tapıldı

Xudat sakininin üzərindən narkotik vasitə tapıldı

Aktual

2 Avqust 2016, 13:17

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Xudatda  əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az- verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Xudat dəmir yolu stansiyası ərazisində Xudat şəhər sakini Nuru Nuriyevdən 21,37 qram marixuana götürülüb.

 

Nuriyevin yaşadığı evə baxış zamanı 440 qram marixuana və 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!