Modern.az

Bakıdakı hündürmərtəbəli binalar neçə bal zəlzələyə davamlıdır? - RƏSMİ

Bakıdakı hündürmərtəbəli binalar neçə bal zəlzələyə davamlıdır? - RƏSMİ

Aktual

2 Avqust 2016, 13:21

“Bakıda tikilən bütün yeni hündürmərtəbəli binalara və digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir”.

Modern.az-ın görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintiyə ciddi nəzarət edilir.

Q.Yetirmişlinin sözlərinə görə, ümumiyyətlə isə binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir.

 

Seysmoloji Xidmət Mərkəzinin direktoru əlavə edib ki, Bakıda tikilmiş hündürmərtəbəli binaların zəlzələyə davamlılığını yoxlamaq üçün Almaniyanın Yer Elmləri geoloji təşkilatı ilə danışıqlar aparılır.

Onun sözlərinə, razılıq əldə edildikdən sonra Bakıda bütün binalarda yoxlamalar keçiriləcək.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı