Modern.az

“Şamaxı və Xəzərdə zəlzələ olacaq?”- AÇIQLAMA

“Şamaxı və Xəzərdə zəlzələ olacaq?”- AÇIQLAMA

Aktual

2 Avqust 2016, 14:09

“Şamaxı və Xəzər dənizində yeni zəlzələr gözlənilir”.


Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəznində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib. 



O, hazırda seysmik stansiyalarda mövcud gərginliyə görə ŞamaxıXəzər dənizində zəlzələ ola biləcəyini söyləyib:

“Lakin nə vaxt olacaq? Bunu demək mümkün deyil. 2012-ci ildə Zaqatalada baş verən zəlzələdən əvvəl ərazidə gərginlik müşahidə edirdik. Lakin konkret gün və saat demək mümkün deyil”. 



Q.Yetirmişli bu ilin 7 ayı ərzində respublika ərazisində qeydə alınan zəlzələlər barədə də məlumat verib. Bildirib ki, bu il avqustun 1-dək respublika ərazisində 4849 təkan olub:

“Təkcə Azərbaycan ətrafında 2300-dən artıq zəlzələ baş verib. Bu vaxta qədər maqnitudu 3 və ondan yüksək olan 57 zəlzələ qeydə alınıb. İlin əvvəlindən 10 hiss olunan zəlzələ baş verib”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı