Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadənxəbər verir.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 15:41-də başa çatıb.
Modern.az