Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 30 iyul - 01 avqust 2016-cı ildə Qəbələdə “Sağlam ailə modeli yaradaq!” adlı tədbir keçirib.
Tədbirdə sağlam ailəyə əngəl olan erkən nikah, məişət zorakılığı problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Müasir dövrdə sosiallaşmanın ən əsas təkanverici qüvvəsi ailədir. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiyası üçün psixiloji, ideoloji, sosioloji, müəyyən mənada dini təsir və təzyiqlər, həmçinin, kənar müdaxilələrin olması əksər hallarda maneələrə səbəb olur.
Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir. Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunub, tədbirdə onlara məlumatlandırma materialları da paylanıb.
Modern.az