Modern.az

Goranboyda top mərmisi aşkarlanıb

Goranboyda top mərmisi aşkarlanıb

Aktual

2 Avqust 2016, 20:31

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 2-də bir ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, kənd yoluna, 7 partlayış yerinə baxış keçiblər. ANAMA-nın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,  Goranboy rayonunun Buzluq kəndində bir partlamamış hərbi sursat - 76 millimetrlik top mərmisi aşkarlanaraq götürülüb. 

 

Ağdam rayonunun Əfətli, Tərtər rayonunun Həsənqaya kəndlərində ev və həyətyanı sahələr, əkin sahələrində partlayış yerlərinə baxış zamanı partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi