Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Modern.az saytı xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” Plzen klubu ilə qarşılaşır. Oyunun 28-ci dəqiqəsində "Qarabağ" hesabı açdı. Oyunda fərqlənən isə "Qarabağ"ın oyunçusu Muarrem olub.
Oyunun 85-ci dəqiqəsində isə "Viktoriya" vurduğu qolla hesabı 1:1 edib. Bununla da pley-off mərhələsinə vəsiqə qazanan "Viktoriya" klubu olub.
Qeyd edək ki, Çexiyada keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı. "Qarabağ" “Viktoriya”nı mübarizədən kənarlaşdırsa, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaqdı.
Modern.az