Modern.az

Neftçalada ağ badımcan yetişdirilib

Neftçalada ağ badımcan yetişdirilib

Aktual

3 Avqust 2016, 00:12

Neftçalada Qurbanovlar ailəsinin təsərrüfatında ilk dəfə ağ badımcan yetişib. Modern.az saytı Region TV-yə istinadən xəbər verir ki, bu da görənlərin marağına səbəb olub. 12 il təsərrüfatla məşğul olan rayonun Şorkənd kənd sakini Baba Qurbanov badımcan sahəsinə baş çəkərkən maraqlı hadisə ilə üzləşib.

 

Belə ki, uzunsov qara badımcan yetişdirən Baba Qurbanov kollarda yumurtaya oxşar bir neçə ağ badımcana rast gəlir. Özü də gördüklərinə heyrətlənib. Baba Qurbanov ilk dəfədir ki, təsərrüfatında belə hadisə ilə qarşılaşdığını deyir. Mütəxəssislər isə bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı