Modern.az

"Qəbələ" və "Lill" oyununa  3 min 500 bilet satılıb

"Qəbələ" və "Lill" oyununa  3 min 500 bilet satılıb

Aktual

3 Avqust 2016, 00:46

Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" və Fransanın "Lill" komandaları arasında Bakıda keçiriləcək oyuna təxminən 3 min 500 bilet satılıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

 

Oyunun keçiriləcəyi 4 avqust tarixinədək bütün biletlərin satılacağı gözlənilir. Satışa təxminən 8 min 500 bilet çıxarılıb. Biletləri matçın keçiriləcəyi "Bakcell Arena" və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – “Lill” qarşılaşması saat 21:00-da başlayacaq.

 

Komandalar arasında Fransada keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı