Bu gün prezident İlham Əliyevin oğlu Heydər Əliyevin ad günüdür.
Modern.az-ın xəbərinə görə, bu gün ADA Universitetinin tələbəsi Heydər Əliyev 19 yaşını qeyd edir.
Ad günü münasibəti “İnstagram” sosial şəbəkəsində bacıları Leyla və Arzu Əliyeva Heydər Əliyevi təbrik ediblər.
Xatırladaq ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 1997-ci ilin bu günü anadan olub.
2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olan Heydər Əliyev beynəlxalq münasibətlər ixtisasında ödənişli əsaslarla təhsilini davam etdirir.
Modern.az