Modern.az

Novxanıda 2 bacı dənizdə boğuldu

Novxanıda 2 bacı dənizdə boğuldu

Aktual

3 Avqust 2016, 11:49

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb.

 

Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar.

 

Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

 

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı