Bakıda avtomobil oğrusu saxlanıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib.
Məlumata görə hadisə bu gün-avqustun 3-də Bakı şəhərində qeydə alınıb. Naməlum şəxs Şirvan şəhər sakini İlqar Xankişiyevin idarə etdiyi “Lada Priora” markalı avtomobilə sərnişin qismində oturub Salyan rayonuna gedəcəyini bildirib.
Həmin şəxs rayonun Sarıcalı kəndində İlqar Xankişiyevi döyərək avtomobildən düşürmüş və həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Rəfayel Abbasov Şirvan şəhəri ərazisində tutulub və avtomobil sahibinə qaytarılıb.
Gülşən RAUFQIZI