Modern.az

Ankarada parlamentin qapısına Türkiyə və Azərbaycan bayrağı asıldı

Ankarada parlamentin qapısına Türkiyə və Azərbaycan bayrağı asıldı

Aktual

3 Avqust 2016, 13:08

Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələn Azərbaycan Türkiyə Sənaye və İş Adamları Beynəlxalq Cəmiyyəti (TUSİAB) çevriliş cəhdində xarabaya dönən Baş nazirlik otağının qırılan qapısına Azərbaycan və Türkiyə bayraqları asaraq çevrilişə cəhdi qınayıblar.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TUSİAB sədri Cəlil Polad, rəhbərlik üzvləri ilə birlikdə 15 iyul çevrilişə cəhd gecəsi bombaların hədəfi olan TBMM-yə  gələrək Məclis Sədri İsmayıl Kahramanı ziyarət edib.

 

Polad, çevrilişə cəhd gecəsi Prezident Ərdoğanın xalqı meydanlara dəvət etməsindən sonra özlərinin də Bakıda Türkiyə səfirliyinin qarşısında toplandığını deyib.

 

Məclis Sədri Kahraman, TUSİAB-ın Azərbaycanda Türkiyəni layiqli təmsil etdiyini bildirərək, dəstəkləri üçün təşəkkür edib.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı